12 aprel 2013 01:06
Məmmədovun üç ən gözəl qolu (VİDEO)
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov bu il 3 gözəl qolla fərqlənməyə macal tapdı. Azerisport.az xəbər verir ki, bu futbolçu çempionat oyununda uzaq məsafədən “Xəzər Lənkəran”ın (2:3) qapısından qol keçirib.
Bundan başqa onun AZAL ilə (1:1) yoldaşlıq matçında vurduğu qol da gözəl alınıb. Məmmədov son möhtəşəm qoluna “Bakı” ilə (1:2) ötən tur keçirilən qarşılaşmada imza atdı. Asif Məmmədovun həmin 3 gözəl qolunu təqdim edirik.
