12 aprel 2013 18:54

Kəpəzin Premyer Liqadan gedişi darmadağınla rəsmiləşdi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında ikinci altılıqda mübarizə aparan kollektivlər qarşılaşıblar. Belə ki, “Rəvan” sonuncu pillədə qərarlaşmış “Kəpəz”i qəbul edib. Meydan sahibləri 3 cavabsız qolla 3 xala sahib çıxıblar.
 
Qeyd edək ki, bununla da Gəncə klubunun cari mövsüm elitanı tərk edəcəyi tam rəsmiləşib. "Kəpəz" bundan sonrakı oyunlarının hamısında qalib də gəlsə, bu, bölgə təmsilçisinin elitada qalması üçün yetərli olmayacaq.
 
Topaz Premyer Liqası
26-cı tur
12 aprel
 
RƏVAN - KƏPƏZ - 3:0 (1:0)
Qollar: X.M.Varea, 44 (1:0), X.M.Varea, 5 (2:0), T.Mikayılov, 58 (3:0)
Bakı. Bayıl Arena.
 
Oyun başladı
"Rəvan" ilk dəqiqələrdən daha fəaldı
Mikayılovun zərbəsi qapıdan aralı keçir
Kalonasın ötürməsini yenə Mikayılov qapıya ünvanlayır, amma qapıçı yerindədi
"Kəpəz"in ilk təhlükəli hücumu Quliyevin dəqiq olmayan zərbəsiylə tamamlanır
Adamoviç hesabı açmağa yaxın olsa da, qol şansını qaçırır
"Kəpəz"də erkən əvəzləmə: Paşayevin əvəzində meydana M.Məmmədov çıxır
44. Varea nəhayət ki, ilk yarının sonlarında hesabı açmağa nail olur - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. Varea özünün və komandasının ikinci qoluna imza atır - 2:0
58. Mikayılov da nəhayət qol istəyinə çatır və hesabı darmadağın həddinə çatdırır - 3:0
Kalonasın daha bir cəhdi boşa çıxır
Varea het-trikə imza atmaq fikrindədi. Amma hələlik bu istəyinə çata bilmir
"Kəpəz" demək olar ki, oyunun nəticəsi ilə barışıb və hücuma atılmır
Elə "Rəvan" da özünü çox yormur və hiss olunur ki, komandalar matçın tezliklə bitməsini gözləyirlər
Matç başa çatdı
 
RƏVAN: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 7. Ramil Həşimzadə, 11. Əli Əliyev, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev.
KƏPƏZ: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 9. Alan Sotanov, 11. Fərid Quliyev, 14. Elxan Əzizov, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 4. Məhərrəm Müslümzadə, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov, 24. Oqtay Məmmədov.
 
Turun digər oyunları: 13 aprel - 15:00. Qəbələ – Bakı, 17:00. Qarabağ – İnter, 17:00. Turan – Xəzər Lənkəran, 18:00. Simurq – Neftçi; 14 aprel - 17:00. Sumqayıt – AZAL.
 
1 Neftçi 25 15 3 7 50 27 +23 48
2 İnter 25 13 8 4 28 15 +13 47
3 Qarabağ 25 12 9 4 33 21 +12 45
4 Simurq 25 10 10 5 27 17 +10 40
5 Bakı 25 7 13 5 27 18 +9 34
6 Qəbələ 25 9 6 10 28 31 –3 33
 
1 AZAL 25 9 9 7 38 27 +11 36
2 Rəvan 26 10 4 12 36 38 -2 34
3 XL 25 8 8 9 35 30 +5 32
4 Sumqayıt 25 7 7 11 25 42 –17 28
5 Turan 25 6 5 14 26 47 –21 23
6 Kəpəz 26 2 4 20 14 54 –40 10
 
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
14 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
11 - Riçard Almeyda (Qarabağ)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Zohair Benuahi (AZAL)
7 - Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.