11 aprel 2013 14:27
Xəzər Lənkəran Bakıya yola düşdü (FOTO)
Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə Tovuzun “Turan” klubunun qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını başa çatdırıb. Azerisport.az xəbər verir ki, bu gün əsas meydanda səhər məşqini keçirən futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər.
Dünənki məşqdə yüngül zədə alan hücumçumuz Dimitrios Sialmas artıq komandaya qoşularaq səhər məşqində iştirak edib. Bu gün saat 14:00-da “Xəzər Lənkəran” bazasını tərk edərək Bakıya yola düşüb.
Xatırladaq ki, Tovuz şəhər mərkəzi stadionu da təmirə bağlandığından “Turan” - “Xəzər Lənkəran” matçı aprel ayının 13-də “Dalğa Arena”da keçiriləcək və saat 17:00-da start götürəcək.
