12 aprel 2013 02:51
Qəbələ Bakı ilə oyuna üç ciddi itki ilə çıxacaq
Aprelin 13-də Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Bakı" ilə qarşılaşacaq "Qəbələ" matçın hazırlıqlarını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, zədəli olan Vurğun Hüseynov hazırlıq prosesində iştirak etməyib.
Zədələri sağalmaqda olan Ceyhun Sultanov və Amit Quluzadə komandadan ayrı çalışıb. Komanda məşq boyunca müxtəlif toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.
