11 aprel 2013 15:02
UEFA-nın Bakıdakı seminarı başa çatdı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, aprelin 9-da və 10-da Bakıda AFFA tərəfindən UEFA-nın qadın futboluna həsr olunmuş seminarı keçirilib. Azerisport.az xəbər verir ki, Bosinya və Herseqovina, Litva və Monteneqrodan olan seminar iştirakçıları bir neçə tədbirdə iştirak ediblər.
"Hilton" otelində AFFA əməkdaşlarının müxtəlif mövzularda təqdimat və çıxışları başa çatdıqdan sonra iştirakçılar 201 saylı orta məktəbə yollanıblar. Burada U-15 qızlar Liqasının bombardirinin mükafatlandırma mərasimində iştirak edən qonaqlar daha sonra futbol dərsini izləyiblər. 201 saylı məktəbdən "Bakcell Arena"ya yola düşən seminar iştirakçılarına stadion barədə ətraflı məlumat verilib. Ardınca Bayıl stadionuna gələn qonaqlar 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AZAL klubunun U-16 komandası ilə yoldaşlıq oyununu izləyiblər. Sonda "Hilton" otelində seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.
