11 aprel 2013 15:28
Elhad Nəziri: Petrolula transfer olmasaydım, heç yada da düşmürdüm
Futbol üzrə Azərbaycan yığmasının və Rumıniyanın “Petrolul” klubunun müdafiəçisi Elhad Nəzirinin müsahibəsi
- Elhad, siz yəqin ki, son günlər mətbuatda haqqınızda yazılanlardan xəbərdarsız. Yaşınızın saxtalaşdırıldığına dair xəbərlərə münasibətiniz necədi?
- Öncə onu deməliyəm ki, bunlar hamısı cəfəngiyyatdı. Sadəcə, Azərbaycanda hərdən kimsə, hansısa uğura imza atanda, bəzilərinin bunu gözü götürmür. Ona görə də bu cür qara yaxmağa çalışırlar. Vaxtilə məni Azərbaycan yığmasına çağıranda sənədlərimi, hər şeyi yoxladılar. Nəsə düz olmasaydı, yaxına buraxmazdılar. Amma indi kimlərsə yazır ki, 23 yaşım var, mənim futboldan xəbərim yoxdu, ancaq çimərlik futbolunda çıxış etmişəm, və s.

- Bəs elə isə niyə bütün bunlar baş verir?
- Bakıda elə jurnalistlər var ki, əsas hədəfləri futbolu hörmətdən salmaqdı. Yəqin ki, mən “Petrolul”a transfer olunmasaydım, heç kimin yadına da düşməyəcəkdim. Bilirəm ki, çoxları mənim bu kluba keçidimi istəmirdi.

- İddia edirlər ki, sizin sosial şəbəkələrdən birindəki doğum tarixiniz 1990-cı il göstərilib...
- Mənim “facebook”da cəmi bir səhifəm var. Digər səhifələrin isə mənə aiddiyyatı yoxdu. Onları kənar adamlar yaradıblar. Öz səhifəmdə də yalnız dostlarım, ailə üzvlərim, yaxınlarımdı.
- Bəs “Petrolul”un azarkeşləri sizə dostluq göndərmək istəsələr, onda necə edəcəksiz?
- Tezliklə tərəfdarlar üçün də bir səhifə açacağam və kimə nə maraqlıdırsa, orda cavab verəcəm. Amma şəxsi səhifəm ancaq ailəm üçündü.

- Siz “Petrolul”a necə düşdünüz?
- Mən “Milsami”nin heyətində Antalyada toplanışda olarkən çıxışımı izləyirdilər. Orda bir sıra oyunlarımız da oldu. Məhz həmin sınaq matçlarından sonra belə bir təklif olduğunu bildirdilər. Nəticədə də mən bu kluba keçdim. Bu, karyeramda çox önəmli bir addım idi.

- “Petrolul”da debüt etməyə hazırsız?
- Çox ümid edirəm ki, tezliklə belə bir şans qazanacağam. 21 yaşım var və məni uğurlu karyeradan başqa heç nə düşündürmür.