11 aprel 2013 15:44
AFFA Neftçinin şikayətinə nə vaxt baxacaq?
AFFA Apellyasiya Komitəsinin bu gün keçirilməsi gözlənilən iclası baş tutmayıb. Azerisport.az xəbər verir ki, “Neftçi”nin şikayətinə baxmalı olan komitənin toplantısı bu gün keçirilməyəcək.
İclasın keçirilməməsinə səbəb kimi komitə üzvlərini bir araya toplamağın mümkün olmadığı göstərilib. Lakin “Neftçi” toplantının bu gün keçirilməsi və şikayətə baxılmasını tələb edir. Çünki komanda sabah Zaqatalaya yola düşəcək. “Neftçi” rəhbərliyi səfərə çıxmazdan əvvəl hər şeyin dəqiqləşməsini istəyir.
Amma qarşı tərəf “Neftçi”nin bu tələbini yerinə yetirənə oxşamır. Maraqlıdı ki, AFFA bu tədbirlə bağlı konkret vaxt da açıqlamır.
