11 aprel 2013 17:08

Flavinyo: Belə davam etsə, Azərbaycanı tərk etmək haqda düşünəcəm

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi

- Futbol ictimaiyyəti hələ də son turun “Neftçi” – “Qarabağ” matçını müzakirə edir. Siz bu oyunla bağlı nə düşünürsüz?
- Bilirdim ki, “Qarabağ”la oyunumuz çətin keçəcək. Amma hakimin bu görüşün əsas qəhrəmanlarından birinə çevriləcəyini qətiyyən gözləmirdim. Çoxlu mübahisəli epizodlar, qərarlar oldu.
 
- Hakimin hansı qərarları sizdə şübhə doğurdu?
- Biz bu və ya digər epizoda köklənmək istəmirik. Futbolçularımız bütün oyun boyu oxşar münasibətlə üz-üzə qaldı. Təkcə elə məni 4-5 dəfə kobudluqla dayandırdılar. Həm də belə bir oyunda o cür şübhəli penalti təyin etməyin yanlış olduğunu düşünürəm. Rəqib futbolçu mübarizəni uduzduğunu görüb, özünü qazona atdı. Hakim isə bunu penalti kimi dəyərləndirdi.
 
- Amma “Qarabağ”ın futbolçuları – Riçard Almeyda, Əfran İsmayılov iddia edir ki, “Neftçi”nin üzvləri bu görüşdə çox aqressiv idilər...
- Azərbaycana qədər mən Braziliya A Seriyasında çıxış etmişəm. Mən “Neftçi”yə gələndə komandanın hansı durumda olduğunu yaxşı xatırlayıram. Legionerlər unutmamalıdılar ki, burda çörək pulu qazanırlar. Mən özüm bunu dərk etdiyimə görə başqalarına da məsləhət görürəm. Əgər Almeyda mənim bu qədər vaxt ərzində neçə dəfə zədələndiyimi bilsə, onda başa düşər kimlər daha aqressiv futbol sərgiləyir. Texnikalı futbolçu olan Əfran da ayağa necə sərt zərbələr vurulduğunu yaxşı bilir. Yeri gəlmişkən, elə son oyunda Əfran özü mənim ayağıma elə kobud zərbə endirsə də, hakim guya həmin epizodu görmədi. Mən topla oynamağı sevirəm. Rəqib futbolçular da buna görə məni ancaq kobudluqla dayandıra bilirlər. Hakimlər də buna göz yumanda, zədədən qaçmaq ümumiyyətlə çətin olur. Əgər vəziyyət belə davam etsə, mən Azərbaycanı tərk etmək haqda düşünəcəm. Allaha şükür ki, karyeramı davam etdirmək üçün yetərincə variant var.
 
- Azərbaycanlı hakimləri çox tənqid edirsiz. Braziliyalı hakimlər nə dərəcədə yaxşıdılar?
- Bilirəm ki, Azərbaycanın da yaxşı hakimləri olub. Yəqin ki, ölkənin əsas arenasının Tofiq Bəhramovun adını daşıması əbəs yerə deyil. Amma hazırda azərbaycanlı hakimlər nəinki avrokubokların qrup, heç pley-off mərhələsinin də oyunlarını idarə edə bilmirlər. Buna görə də hansısa müqayisə aparmaq olmaz.
 
- Böyükağa Hacıyevin 10 oyunluq cəzalanmasını necə qarşıladınız?
- Fikrimcə, bununla təkcə baş məşqçimizə qarşı yox, bütövlükdə “Neftçi”yə qarşı ədalətsizlik edildi. Təəssüf ki, “Simurq”la oyunda mənimlə yanaşı Araz Abdullayev və İqor Mitreski də oynaya bilməyəcək. Hacıyevlə yanaşı Bəxtiyar Musayev də cəzalanıb. Halbuki, mən Hacıyevin 10 oyunluq cəzalandırılmasına heç bir haqq qazandıra bilmirəm. “Barcelona”nın baş məşqçisi Tito Vilanova da əməliyyat olundu, bizim baş məşqçimiz də. Hər ikisi hərtərəfli dəstək sayəsində böyük uğur qazandı. Mənim də ayağım qırılanda güclü dəstək gördüm. Ona görə də “Neftçi”nin uğuru üçün meydanda ölməyə də hazıram. Bütün ədalətsizliklərə rəğmən, biz “Neftçi”nin əsl gücünü göstərəcəyik.
 
- Qarşıdakı oyundan nə gözləyirsiz?
- Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Bundan sonra bizim cəmi bir yolumuz var – o da qızıl medalları qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.