11 aprel 2013 17:42
Araz Gürcüstan klubundan qisasını aldı
Bu gün “ABU Arena”da Azərbaycan çempionu “Araz” və Gürcüstanın ən güclüsü “İberia Star” arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Komandamızın qollarından ikisini dubla imza atan Fərəczadə vurub. Digər qolları isə Hacıyev, Fərzəliyev və qapıçı Buranello vurub.
Qeyd edək ki, ötən gün bu komandalar arasında keçirilmiş ilk oyun Gürcüstan təmsiçisinin xeyrinə başa çatmışdı – 3:1.
