12 aprel 2013 18:25
İnter Qarabağı 5 cavabsız qolla yendi, Neftçi uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 26-cı turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.
“Turan” evdə “Xəzər Lənkəran”a uduzub. “Simurq” “Neftçi”ni məğlub yola salıbsa, “Qəbələ” də “Bakı”ya eyni aqibəti yaşadıb. “Qarabağ”ın qonağı olan “İnter” isə 3 xalı beş cavabsız qolla qazanıb.
Əvəzedicilərin çempionatı
26-cı tur
12 aprel
Turan - Xəzər Lənkəran – 0:2
Qollar: Elçin Qasımzadə, 14, Anar Babazadə, 89.
Simurq – Neftçi – 1:0
Qol: Elçin Süleymanov, 73.
Qol: Elçin Süleymanov, 73.
Qəbələ - Bakı – 1:0
Qol: Aqil Məmmədov, 12-öz qapısına.
Qarabağ – İnter – 0:5
Qollar: Mirsahib Abbasov, 16; 90+2, Ramil Mansurov, 20, İlqar Ələkbərov, 72, Qurbanəli Əliyev, 74.
