12 aprel 2013 19:45
“Meydanda 11 futbolçudan yalnız dördü oynayır”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 26-cı turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin heyətində Mindauqas Kalonasın oyununu qeyd etmək istərdim. Mərkəzdə bu futbolçunu boş buraxmamağı tapşırmışdım. Təəssüf ki, bunu bacarmadlq. Turnir cədvəlində sonuncu pillədəyik. Nəyə qadir olduğumuzu bugünkü oyun göstərdi. Komandanın səviyyəsi bura qədərdir. Meydanda 11 oyunçudan yalnız dördü oynayır. “Kəpəz” Birinci Diviziona düşəcəyi halda da komandada işləməyə razıyam”.
