12 aprel 2013 19:53
“Bu futbolçular gələcəyimizdi”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 26-cı turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz” ilk hissədəki oyunu ilə bu qarşılaşmaya yaxşı hazırlaşdığını göstərdi. Rəqib meydanın mərkəzində yaxşı oynadı. İkinci hissədə daha sürətli oynadıq, qısa ötürmələrlə rəqibin müdafiə xəttini yarmağı bacardıq. Topa daha yaxşı nəzarət etdik, üstünlüyü ələ aldıq. “Kəpəz”in heyətində gənc futbolçuların oyununu bəyəndim. Bu futbolçular bizim gələcəyimizdi. Komandamı qələbə ilə təbrik edirəm”.
