12 aprel 2013 11:17
Fatih Terim də Böyükağa Hacıyevin aqibətini yaşadı
Türkiyənin “Galatasaray” klubunun baş məşqçisi Fatih Terimə sərt cəza kəsilib. Azerisport.az xəbər verir ki, Super Liqa çərçivəsində keçirilən “Mersin İdmanyurdu” ilə oyunda hakimə hücum etdiyi üçün türkiyəli mütəxəssis 9 oyunluq və 50 min türk lirəsi ilə cəzalandırılıb.
Nəticədə Fatih Terim üçün mövsüm başa çatıb. Qeyd edək ki, köməkçi məşqçilər Hasan Şaşa iki oyun və 20 min lirə, Ümüt Davalaya isə bir matç və 10 min lirə maddi cəza tətbiq edilib.
Maraq üçün xatırladaq ki, bir neçə gün öncə “Neftçi”nin baş məşçqçisi Böyükağa Hacıyev də hakimlikdən narazı qaldığı üçün verdiyi sərt açıqlamalara görə, 10 oyunluq cəzaya layiq görüldü və mövsümü erkən başa vurmuş oldu.
