12 aprel 2013 11:32
Kəpəz bu gün Premyer Liqa ilə rəsmən vidalaşa bilər
Bu gün “Kəpəz”in elitanı tərk etməsi tam rəsmiləşə bilər. Azerisport.az xəbər verir ki, bunun üçün sadəcə “Rəvan”ın qələbə qazanması yetərli olacaq.
Qeyd edək ki, “Kəpəz” bundan sonrakı altı oyunda mümkün 18 xalın hamısını toplasa da belə, yenə elitada qala bilməyəcək. Çünki bunun üçün “Sumqayıt”ın qalan bütün görüşlərini uduzmasına ehtiyac var ki, bu da inandırıcı görünmür. Hətta bu, baş versə belə, yenə də xalların bərabərləşməsi halında “Sumqayıt” “Kəpəz”lə şəxsi görüşlərdə üstünlüyə malikdi.
Maraq üçün xatırladaq ki, bu mövsüm elitanı iki klub tərk edəcək.
