12 aprel 2013 11:46

Premyer Liqa, 26-cı tur: Elxan Abdullayevin proqnozu

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 26-cı turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
 
Rəvan – Kəpəz
Bu gün “Kəpəz”in demək olar ki, heç bir motivasiyası yoxdu. Prinsipcə, heç “Rəvan”ın da güclü motivasiyaya malik olduğunu demək olmaz. Gəncəlilər böyük ehtimalla elitanı tərk edəcəklər. Ona görə “Kəpəz”in bu oyuna yaxşı köklənməsini mümkünsüz sayıram. “Rəvan” üç xalı qazanan tərəf olacaq.
 
Qəbələ - Bakı
Qazandıqları xaldan da görünür ki, bu komandaların üçüncü yerə çıxması çətin məsələdi. Xüsusilə də, “Qəbələ”nin. Amma bu komandadan fərqli, “Bakı” bütün diqqətini artıq Azərbaycan Kubokuna yönəldib. Ona görə də “Qəbələ”nin qalib gələcəyini düşünürəm.

Simurq – Neftçi
“Simurq” bu oyun öncəsi çox ciddi itkilərlə üzləşib. Böyükağa Hacıyev də olmayacaq. “Simurq”a gəlincə, mən bu komandadan altılıq mərhələsində daha çox şey gözləyirdim. Amma son dövrlər uğursuz çıxış edirlər. Görünür, təcrübə çatışmazlığı sözünü deyir. Fikrimcə, oyun Zaqatalada keçirilsə də, “Neftçi” qalib gələcək.
 
Qarabağ – İnter
Hazırda “İnter”in oyunu mənim daha çox xoşuma gəlir. Onlarda oyun intizamı çox yüksək səviyyədədi. “İnter” elə komandadı ki, onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Hər iki komandaya uğurlar arzulayıram. Hesab edirəm ki, bu dəfə “İnter” “Qarabağ”dan üstün olacaq.

Turan – Xəzər Lənkəran
Burda hər şey aydındı. “Xəzər Lənkəran”ın yeni baş məşqçisi var. Oyunçular bütün keyfiyətlərini nümayiş etdirib, onun etimadını qazanmaq istəyirlər. “Xəzər Lənkəran” asan qələbəyə sevinməlidi.
 
Sumqayıt – AZAL
AZAL da “Xəzər Lənkəran”la birgə ilk altılıqda oynamalı komandalardandı. Fikrimcə, “təyyarəçilər”in “Sumqayıt”a qalib gəlmək üçün hər cür imkanı var. Bununla sumqayıtlıların zəif olduğunu demək istəmirəm. Sadəcə, “Sumqayıt” indi AZAL-dan üç xal alacaq gücdə deyil. Paytaxt klubu qalib gəlməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.