12 aprel 2013 15:30
Barcelona Bayern, Borussia Realla qarşılaşası oldu (YENİLƏNİB)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə yarımfinal cütlərinə aydınlıq gəlmiş olub.
Püşkatmada “Bayern” (Münhen, Almaniya), “Borussia” (Dortmund, Almaniya), “Real”( Madrid, İspaniya) və “Barcelona” (İspaniya) klubları iştirak ediblər. Püşk nəticəsində “Bayern” “Barcelona”, “Real” “Borussia” ilə düşüb.
Qeyd edək ki, ÇL-in yarımfinal mərhələsinin ilk oyunları aprelin 23-24-də, cavab qarşılaşmaları isə aprelin 30-da və mayın 1-də baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
Bayern - Barcelona
Borussia - Real
