12 aprel 2013 15:15
Fenerbahçe Benficaya rəqib oldu (YENİLƏNİB)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə yarımfinal cütlərinə aydınlıq gəlib.
Püşkatmada “Basel” (İsveçrə), “Benfica” (Portuqaliya), “Chelsea”( İngiltərə) və “Fenerbahçe” (Türkiyə) klubları iştirak ediblər. Püşkatma nəticəsində, qardaş ölkə Türkiyəni təmsil edən "Fenerbahçe" “Benfica”ya rəqib olub. Digər yarımfinal cütündə isə “Basel”lə “Chelsea” qarşılaşmış olacaq.
Qeyd edək ki, Avroliqanın yarımfinal mərhələsinin ilk oyunları aprelin 25-də, cavab qarşılaşmaları isə mayın 2-də baş tutacaq.
Avropa Liqası
Yarımfinal
Fenerbahçe - Benfica
Basel - Chelsea
