12 aprel 2013 12:09

Rövnəq Abdullayev: Daha ciddi sanksiyalar tətbiq oluna bilər!

Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda və qarşılaşma başa çatdıqdan sonra baş verən hadisələr, bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar son günlər geniş müzakirə olunur. Azerisport.az xəbər verir ki, bununla əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun rəsmi saytına fikirlərini bildirib:
 
"Ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. "Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur. "Neftçi" klubunun məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. AFFA-nın İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, İntizam Komitəsinin mövqeyi haqlıdır. Bilirəm ki, bu qərarlarla bağlı "Neftçi" klubu Apellyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdı. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi" klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdılar. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.