13 aprel 2013 00:18

Simurq Neftçi ilə oyuna iki itki ilə çıxacaq

Bu gün Topaz Premyer Liqasının 26-cı turunda “Neftçi”ni qonaq edəcək “Simurq” sonuncu məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bir saatdan artıq davam edən hazırlıq prosesində “sarı-qaralar”ın heyətində Aleksandr Şemonayevdən başqa hər bir kəs iştirak edib.
 
Qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Daha sonra isə 3 qrupa bölünərək “kvadrat” oynayıblar. Məşqin sonunda isə ikitərəfli oyundan sonra qapıya sərbəst zərbələr üzərində çalışılıb. Bundan sonra hazırlığı tamamyan “Simurq” istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləməyə başlayıb.
 
Rəqiblərin Premyer Liqada 15-ci dueli ərəfəsində “Neftçi”nin böyük üstünlüyü var. Zaqatala təmsilçisi son 6 oyunda paytaxt təmsilçisini məğlub edə bilməyib. Hətta “sarı-qaralar” indiyənə qədər doğma arenada “Neftçi”yə qalib gəlməyi bacarmayıb. Cari mövsümdə ikisi Azərbaycan Kubokunda olmaqla 4 dəfə üz-üzə gələn rəqiblərin görüşündə də Böyükağa Hacıyevin yetirmələri üstün olub. “Simurq” bu il Zaqatalada ilk məğlubiyyətində məhz “Neftçi” ilə görüşdə alıb. 
 
“Simurq”un heyətində Aleksandr Şemonayev sarı vərəqə limitini doldurduğundan forma geyinə bilməyəcək. O cümlədən, Nicat Qurbanov da “Neftçi”dən icarə əsasında transfer edildiyindən, müqavilə şərtlərinə uyğun olaraq komandasına kömək edə bilməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.