12 aprel 2013 12:52

“Bakı - Atletico matçı tarixi bir oyun olacaq”

Azerisport.az sizi “Bakı”nın vitse-kapitanı Aleksandar Şoliçin rəsmi saytına müsahibəsi ilə tanış edir.

- Son vaxtlar “Bakı” öz oyununu tapmaqdadı. Hal-hazırda komandada vəziyyət necədir?
- Mövsüm ərzində komandada xeyli dəyişiklik oldu. Ona görə də bəzi çətinliklər yaşadıq. Futbolçuların bir-birinə öyrəşməsi prossesi bitib. Ona görə də oyundan-oyuna daha yaxşı performans göstəririk. Məşqlərimiz maraqlı keçir. Əhval-ruhiyyəmiz  qaydasındadır.
 
- Bəziləri sizi ilk “altılıq”da da görmürdü...
- Onlar bir az tələsmişdilər. Bu, bizim üçün faciə olardı. Nə yaxşı ki, biz bu vəzifənin öhdəsindən gəldik. Amma bu da son deyil. Bizim nəinki çempionatda, həm də ölkə kubokunda irəliləmək şansımız qalır. İki yoldan biri ilə Avropa kuboklarına vəsiqə qazanmalıyıq.

- Ayın axırı “Bakı” ilə “Atletiko” arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Mən “Bakı” ilə “Atletiko”nun əməkdaşlığa başladığı üçün çox sevindim. Belə bir klubdan nəinki “Bakı”, hətta Azərbaycan futbolu çox şey öyrənə, qazana bilər. Oyuna gəldikdə isə mən “Atletiko”ya qarşı oynamağı özümə şərəf bilirəm. Bu, tarixi bir oyun olacaq. Bu günlərdə klubun heyətində olduğum üçün çox şanslıyam. Əlbəttə, biz bu oyunda hər hansı nəticə barədə düşünməyəcəyik. Klub kimi onlardan öyrənə biləcəyimiz bir çox şeylər olacaq. Təcrübə toplayacağıq.
 
- “Bakı”nın heyətində 131 oyun keçirmisiniz. Keçirdiyiniz oyunların sayına görə klubun tarixində üçüncüsünüz. Rekordunuzun sirri nədədi?
- Mən hər zaman demişəm, yenə də deyirəm ki, öz oyunumu bu klubda tapmışam. Əgər klubun tarixində ən çox oyun keçirən legionerəmsə deməli bunu öz oyunumla  haqq etmişəm. Əslində mənim üçün ən önəmlisi komandamın qələbə qazanmasıdır. Şəxsi rekordlar mənim üçün ikinci plandadır. İnanıram ki, mövsümün sonunda ikinci, növbəti mövsümdə isə ən çox oyun keçirən oyunçu olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.