13 aprel 2013 00:34
“Toşak Xəzər Lənkəranı ən yaxşı günlərinə qaytaracaq”
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- İkinci altılıqda oynamaq “Xəzər Lənkəran” üçün nə dərəcədə çətindi?
- Həyatda hər şey olur. Aydın məsələdi ki, biz mövsümün əvvəlində tamamilə fərqli məqsədlər üçün mübarizəyə başlamışdıq. Amma indi burdayıq. Yeganə ürəkaçan məqam ondan ibarətdi ki, kubokda mübarizəni davam etdiririk. Yarımfinalda “Bakı” ilə qarşılaşacağıq. “Xəzər Lənkəran” hər oyunda olduğu kimi, kubokda da ancaq qələbə üçün mübarizə aparacaq.

- Con Toşakın gəlişindən sonra komandada nə dəyişib?
- Çox şey. Birincisi, futbolçularda özünəinam artıb. Məşqlərimiz tamamilə fərqli keçir. Əvvəllər uşaqlar demək olar ki, motivasiyasız hazırlaşırdılar. İndi isə hazırlıqlar maraqlı olur. Oyunçular hər matça sevinclə, qələbə istəyilə çıxırlar. Fikrimcə, Toşak komandanın ən yaxşı günlərinə qayıtmasına kömək edəcək.

- Klubun fəxri prezidenti Mübariz Mənsimovun “Kəpəz”lə oyununuza gəlməsi komandaya nə dərəcədə təsir etdi?
- Onun hər səfəri bizi sevindirir. Toşakın “Xəzər Lənkəran”a gəlməsində də onun böyük rolu olub. Bilirik ki, bizim nəticələrimizi yaxından izləyir. Gələn il “Xəzər Lənkəran”ın 10 illiyidi. Belə bir ildə biz Premyer Liqanın qızıl medallarını qazanmağa borcluyuq. Çox istərdik ki, bu yolda Mənsimov da oyunlarımıza tez-tez gəlsin. O, komanda üçün ideal şərait yaradıb. Qalır sadəcə nəticə qazanmaq.

- Bu yolda hansısa tanınmış futbolçuların da transferini istərdinizmi?
- Hazırda bizim bütün diqqətimiz qalan oyunlara, kubok görüşlərinə yönəlib. “Xəzər Lənkəran” öz şansından yararlanmalıdı. Komandaya kimlərin transfer olunmasına isə mən yox, məşqçi heyəti, rəhbərlik qərar verir.

- “Bakı” ilə kubok oyunundan nə gözləyirsiz?
- Əlbəttə, çətin oyun olacaq. Şanslar bərabərdi. Bizə səfər oyununda mümkün qədər yaxşı çıxış etmək lazımdı. Bizim yeganə üstünlüyümüz ondadı ki, cavab görüşü doğma meyanda olacaq. Lənkəranlı azarkeşlərin dəstəyi sayəsində biz bu komandanı məğlub edə bilərik. “Bakı” ilə oyun bizim üçün finala bərabər, əsl ölüm-qalım mübarizəsi olacaq.

- Bəs Premyer Liqanın növbəti turunda qarşılaşacağınız “Turan”la oyundan nə gözləyirsiz?
- Biz kağız üzərində görüşün favoritiyik. Amma əgər arxayınlaşsaq, bu, bizə baha başa gələcək. Meydana çıxan hər bir futbolçu qələbə qazanmaq istəyir. Bu baxımdan rəqib komanda da istisna təşkil etməyəcək. Mütləq qalib gəlməliyik.