13 aprel 2013 01:07
Xəzər Lənkəran Turan ilə oyuna hazırdı (FOTOLAR)
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində görüşəcəyi “Turan”la matç öncəsi bu oyunun baş tutacağı “Dalğa Arena”da son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, meydanda ənənəvi məşqdən öncə keçirilən qısa toplantı zamanı baş məşqçi Con Bencamin Toşak köməkçisi Emin Quliyevi 36 yaşının tamam olması münasibəti ilə komanda adından təbrik edib.
Daha sonra futbolçular 1 saat ərzində məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetiriblər. Hazırda komandada yalnız ispaniyalı müdafiəçi Alvaro Silva yüngül zədədən əziyyət çəkir.
Xatırladaq ki, “Turan” - “Xəzər Lənkəran” matçı bu gün keçiriləcək və saat 17:00-da “Dalğa Arena”da start götürəcək.
