13 aprel 2013 19:52
Neftçi qalib gəldi, İnter Qarabağa uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Topaz Premyer Liqasında 26-cı turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Çempionatın autsayderlərindən olan “Turan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Hər hissədə bir qol vuran komandalar sonda sülhə razılaşıblar.
İlk altılıq çərçivəsində “Qəbələ” doğma divarlar arasında “Bakı” ilə qarşılaşıb. Bu görüş də sülhlə bitibi.
Turun ən maraqlı görüşlərindən biri Zaqatalada keçirilib. Burda “Simurq” son çempion və lider “Neftçi”ni qəbul edib. Görüş liderin minimal hesablı qələbəsiylə bitib.
Turun mərkəzi görüşündə isə “Qarabağ”la “İnter” üz-üzə gəlib. Kifayət qədər maraqlı və gərgin keçən görüşdə qələbə "Qarabağ"a qismət olub.
Topaz Premyer Liqası
26-cı tur
13 aprel
SİMURQ – NEFTÇİ - 0:1 (0:0)
Qol: J.Bobay, 50.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Komandalar ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
İlk hücum "Simurq"dan gəlsə də, təhlükəli olmur
Popoviçin ötürməsini qola çevirməsi üçün Kisoya azacıq dəqiqlik çatışmır
Hər iki komanda fəaldı. Amma mübarizə daha çox mərkəzdə gedir
Qapılar qarşısında real qol vəziyyəti yaradan yoxdu
Bojiçin cərimə zərbəsini Stamenkoviç dəf edir
Kanalesin qola sevinməsinə Petrkeviç mane olur
Səttarlının zərbəsi zaman M.Şükürov son anda topu qapı xəttindən çıxarır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Vobay dəqiq zərbə ilə hesabı açır - 0:1
Bojiç hakimlər mübahisə etdiyinə görə sarı vərəqə alır
Bojiçin zərbəsini Stamenkoviç dəf edir
Vobay daha bir qol vurmaq istəsə də, hədəfə düşə bilmir
Vobayın təhlükəli cərimə zərbəsini Petrkeviç qaytarır
Popoviçi M.Burxard əvəzləyir
Meydanda dava düşür. Hakim E.Mehdiyevi sarı vərəqə ilə cəzalandırır
Matç başa çatdı
SİMURQ: 22. David Pietrzkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 12. Tomislav Buşiç, 21. Murad Səttarlı, 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 8. Qərib İbrahimov, 9. Marçin Burxard, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19.Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
QARABAĞ – İNTER - 3:2 (1:0)
Qollar: M.Medvedev, 26 (1:0), V.Nadirov, 46 (2:0), Y.Fomenko, 54 (2:1), F.Bayramov, 57 (2:2), E.Opara, 79 (3:2)
Bakı. T.Bəhramov adına Respublika stadionu.
Oyun başladı
3. "İnter" ilk dəqiqələrdən hücuma atılıb
4. Oyunda ilk korneri "Qarabağ" yerinə yetirir. Sadıqovun zərbəsi dəqiq alınmır
10. "Qarabağ" tədricən oyuna nəzarəti ələ keçirib və hücumlar qurmağa çalışır
15. Georgiyevski qapıya dəqiq zərbə vura bilmir
18. Q.Qarayev rəqib futbolçuya zərbə endirdiyinə görə sarı vərəqə alır
25. Reynaldo az qala hesabı açacaqdı. Son anda müdafiəçilər topu kornerə çıxarırlar
26. Korner zamanı M.Medvedevin başla zərbəsi Tevdoradze üçün qarşısıalınmaz olur - 1:0
32. "İnter"in korner vuruşu uğursuz alınır
35. A.Məmmədovun zərbəsi dirəkdən dönür
38. Sxadadze qonaqların çox əla hücumunu dəqiq zərbəylə tamamlaya bilmədi. İnanılmaz epizod idi!
43. "Qarabağ"ın hücumu zamanı müdafiəçiyə toxunan top kornerə çıxır
44. Ağdamlıların korner vuruşunu müdafiəçilər uzaqlaşdırır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. V.Nadirov ikinci hissə başlayan kimi irəli atılan komandasının hücumunu qolla tamamlayır - 2:0
48. B.Abdulay L.Roşa ilə əvəzlənir
54. Fomenko qapıçı ilə üz-üzə qalır və hesab arasındakı fərqi azaldır - 2:1
54. A.Abatsiyevi F.Bayramov əvəzləyir
57. Roşanın cərimə zərbəsini oyuna yenicə daxil olan F.Bayramov dəqiq toxunuşla qola çevirir - 2:2
62. Bir neçə dəqiqə öncə zədələnən Levin meydana qayıda bilmədiyi üçün A.Daşdəmirovla əvəzlənir
67. K.Torresi Muarrem əvəzləyir
69. F.Bayramov sarı vərəqə alır
75. "Qarabağ" yenidən təşəbbüsü ələ almağa çalışır
78. A.Məmmədov da sarı vərəqə ilə cəzlanır
79. Opara cərimə meydançası yaxınlığından effektli zərbə ilə rəqib qapısına yol tapır. Bu, onun Ağdam klubundakı ilk qoludu - 3:2
83. Reynaldonun cinah asmasını Opara başla qapıya göndərmək istəsə də, hədəfi dəqiq nişan ala bilmir
84. A.Daşdəmirov da sarı vərəqə alır
89. Reynaldonu N.Yusifov əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+4. F.Vəliyev sarı vərəqə alır
Matç başa çatdı
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Telli, 25. Ansi Aqolli, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 89. Miro Vardoviç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmaylıov, 55 Bədavi Hüseynov.
İNTER: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 91. Leonardo Roşa.
TURAN – XƏZƏR LƏNKƏRAN - 2:2 (1:1)
Qollar: A.Rukavina, 22 (1:0), E.Abdullayev, 42 (1:1), R.Alviz, 65-pen (1:2), E.Günlü, 69 (2:2)
Bakı. Dalğa Arena.
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən fəaldı
Janalidzenin baş zərbəsi qapıdan yan keçir
Oyun daha çox meydanın mərkəzində keçir və qol vəziyyətləri yoxdu
Antonio Rukavina dəqiq zərbə ilə hesabı açır - 1:0
XL hücumda heç nə edə bilmir
Qol vəziyyətləri baxımından çox kasad bir oyun gedir
Pitin ötürməsini Sialmas qola çevirə bilmir
E.Abdullayev hesabı bərabərləşdirir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
XL oyunda üstünlüyü ələ almağa çalışır
Hər iki komanda fəaldı
R.Alviz penaltidən dəqiq yararlanaraq, komandasını hesabda önə keçirir - 1:2
Amma cəmi dörd dəqiqə sonra "Turan" E.Günlünün qolu ilə yenidən tarazlığı bərpa edir - 2:2
"Turan" hücumda XL-dan daha fəaldı
Matç başa çatdı
TURAN: 1. Kamal Bayramov (k), 2. Dimitri Pospelov, 4. Vüqar Bəybalayev, 10. Ender Günlü, 13. Nikolas Maysuradze, 16. Əbülfət Abbasov, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 20. David Janalidze, 25. Antonio Rukavina, 26. Aleksandr Kratskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 3. Anatoli Stukalov, 5. Vasif Rzayev, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 21. Elşad Manafov, 23. İrakli Beraya.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 6. Robert Alviz, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 11. Dimitrois Sialmas, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Toni Doblas, 7. SadioTounkara, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç, 35. Lusiano Olguin, 97. Elnur Cəfərov.
QƏBƏLƏ – BAKI - 1:1 (1:0)
Qollar: V.Mendi, 30 (1:0), R.Əliyev, 90+3 (1:1)
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
1. İlk hücum qonaqlardan gəldi. D.Kosta son anda topu tutur
5. İlk korner vuruşu da "Bakı"dan gəldi. Amma uğursuz olur
10. Şoliçin cərimə zərbəsini müdafiəçilər uzaqlaşdırırlar
12. "Qəbələ" tədricən özünə gəlir və hücuma atılıb
14. Bu dəqiqələrdə meydan sahiblərinin üç ardıcıl korner vuruşundan qol səsi çıxmır
22. Assis simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
27. R.Əliyev təhlükəli hücumu qolla tamamlaya bilmədi
30. A.Nəbiyevlə Ş.Əliyevin kobud səhvindən sonra topu ələ keçirən Mendi qapıçını da aldadaraq, topu tora qovuşdurur - 1:0
35. "Qəbələ" qoldan sonra da oyuna nəzarəti əldə saxlamaqdadı
40. "Bakı" artıq istədiyi hücumları qurmaqda çətinlik çəkir
45. İlk yarıya iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Bakı"da fasilə zamanı A.Nəbiyevi İ.Karqbo, J.Vilsonu isə E.Məmmədov əvəzləyib
48. E.Rodriqes sarı vərəqə alır
51. "Bakı"nın ardıcıl iki künc zərbəsi nəticəsiz qalır
53. Ş.Xəlilov sarı vərəqə ilə cəzalanır
55. R.Abdullayev bir neçə dəqiqə ərzində iki qeyri-dəqiq zərbə ilə yadda qalır
58. "Qəbələ" kornerdən lazımınca yararlana bilmir
60. Meydan sahibləri yenə fəallaşıblar
62. İ.Karqbo sarı vərəqə alır
63. Qəbələlilərin növbəti korner vuruşu da nəticəsizdi
65. "Qəbələ"də Assisi R.Əmiraslanov əvəzləyir
68. R.Ristoviçi M.Pena əvəzləyir
73. Ş.Xəlilovu M.Teymurov əvəzləyir
74. Ü.Abbasov da sarı vərəqə ilə cəzalanır
80. "Bakı"nın hesabı bərabərləşdirmək cəhdləri bəhrəsizdi
83. Qonaqların künc zərbəsi təhlükəli, amma nəticəsizdi
84. Pena yaxın məsafədən qapıya yol tapa bilmədi
86. Qonaqların künc zərbəsi zamanı Raufun qola sevinməsinə son anda Kosta zədələnmək bahasına da olsa, mane oldu
87. “Bakı” daha bir korneri boşa verir
88. Mendinin əvəzində meydana Rəşid Əmiraslanov çıxır
89. D.K.Silva sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Valentiç cərimə meydançasında R.Əliyevi kobudluqla dayandırdığı üçün penaltiyə səbəb olur və sarı vərəqə alır
90+3. R.Əliyev Silva ilə mübarizədən qalib ayrılır və hesabı bərabərləşdirir – 1:1
Matç başa çatdı
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 6. Nikola Valentiç, 9. Viktor Mendi, 10. Dodo, 18. Aleksandr Çertaqanov, 21. Elmar Baxşiyev, 22. Rodriqes Assis, 23. Şəhriyar Xəlilov, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Yaşar Abuzərov, 11. Yannik Kamanan, 19. Rövşən Əmiraslanov, 20. Rəşid Əmiraslanov, 28. Müşviq Teymurov, 35. Tərzin Cahangirov.
BAKI: 1. Kamran Ağayev, 2. Edemir Rodriqes, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 88. Cavid Hüseynov, 22. Risto Ristoviç, 77. Aleksandr Soliç (k), 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 7. Deyvidas Çesnauski, 99. Rəhman Hacıyev, 6. İbrahim Karqbo, 24. Marius Pena, 11. Elvin Məmmədov, 14. Elvin Əliyev.
Turun digər oyunları: Rəvan - Kəpəz – 3:0, 14 aprel: Sumqayıt – AZAL.
| 1 | Neftçi | 26 | 16 | 3 | 7 | 51 | 27 | +24 | 51 |
| 2 | Qarabağ | 26 | 13 | 9 | 4 | 36 | 23 | +13 | 48 |
| 3 | İnter | 26 | 13 | 8 | 5 | 30 | 18 | +12 | 47 |
| 4 | Simurq | 26 | 10 | 10 | 6 | 27 | 18 | +9 | 40 |
| 5 | Bakı | 26 | 7 | 14 | 5 | 28 | 19 | +9 | 35 |
| 6 | Qəbələ | 26 | 9 | 7 | 10 | 29 | 32 | –3 | 34 |
| 1 | AZAL | 25 | 9 | 9 | 7 | 38 | 27 | +11 | 36 |
| 2 | Rəvan | 26 | 10 | 4 | 12 | 36 | 38 | -2 | 34 |
| 3 | XL | 26 | 8 | 9 | 9 | 37 | 32 | +5 | 33 |
| 4 | Sumqayıt | 25 | 7 | 7 | 11 | 25 | 42 | –17 | 28 |
| 5 | Turan | 26 | 6 | 6 | 14 | 28 | 49 | –21 | 24 |
| 6 | Kəpəz | 26 | 2 | 4 | 20 | 14 | 54 | –40 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
14 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
11 - Riçard Almeyda (Qarabağ)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Zohair Benuahi (AZAL)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Zohair Benuahi (AZAL)
7 - Baçana Sxadadze (İnter).
