12 aprel 2013 13:36
Atleticonun seleksionerləri yenə Bakıya gəlirlər
İspaniyanın “Atletico” klubunun seleksiyaçıları yenidən ölkəmizə gəlməyə hazırlaşırlar. Azerisport.az xəbər verir ki, Madrid klubunun nümayəndələri Bakıya aprelin 25-də təşrif buyuracaqlar.
Onlar Bakıda olacaqları bir neçə gün ərzində 12-13 yaşlı azərbaycanlı futbolçular arasında seçim aparacaqlar. İspanların bəyənəcəyi ən yaxşı futbolçular “Atletico”nun futbol akademiyasına aparılacaq.
Qeyd edək ki, artıq “Atletico” bir dəfə oxşar seçim edib və 10 azərbaycanlı uşağı Madridə aparıb.
