12 aprel 2013 13:58
Azərbaycan yığması Qırğızıstan ilə nə vaxt qarşılaşacaq?
Futbol üzrə Qırğızıstan yığmasının bu il keçirəcəyi yoldaşlıq oyunları sırasında Azərbaycan millisi ilə oyun da var. Azerisport.az xəbər verir ki, Qırğızıstan Futbol Federasiyasının rəsmisi Dastan Konokbayev digər sınaq görüşlərindən danışarkən, millimizlə qarşılaşmaya da toxunub:
“Qırğızıstan yığması bu il altı yoxlama oyunu keçirəcək. Bu oyunların yay-payız dönəmində baş tutmasına çalışırıq. Azərbaycan və Belarusla qarşılaşma ilə bağlı razılığımz var. İndi həmin oyunların harda keçirilməsini müəyyənləşdirməliyik. Məsələn, sentyabrda səfərdə, yoxsa, noyabrda evdə oynamağı götür-qoy edirik. Bizim həmçinin Küveyt və Bəhreynlə də razılığımz var”.