12 aprel 2013 14:21
PFL kubokun finalı üçün şou-proqram hazırlayır
Futbol üzrə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi məkan müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici qarşılaşma mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Maraq üçün qeyd edək ki, ötən il kubokun finalı aparılan təmir işləri ilə əlaqədar mərkəzi arenada keçirilməmişdi. Kubokun sonuncu qalibi “Dalğa Arena”da müəyyənləşmişdi. Amma bu il yenidən əvvəki ənənə davam etdiriləcək.
Peşəkar Futbol Liqası bu il də sadəcə oyunun keçirilməsiylə kifayətlənməyəcək. Belə ki, həmin gün ikiqat bayram olacaq. Çünki təşkilatçılar oyunla yanaşı şou-proqram da hazırlayırlar.
