12 aprel 2013 14:45
Mübariz Mənsimov: Klubun yaxşı prezidenti var
“Xəzər Lənkəran”ın fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun yenidən “Beşiktaş”ın prezident olacağına dair şayiələr yayılmağa başlayıb. Lakin həmyerlimiz Türkiyə mətbuatına müsahibəsində həmin şayiələrin əsassız olduğunu bildirib:
“Mənim “Beşiktaş”ı alacağıma dair çoxlu iddialar dolaşır. Birinci növbədə onu qeyd edim ki, mən bu klubu almağa hazırlaşmıram. Çünki “Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var. Amma mən sadəcə bir “Beşiktaş” tərəfdarıyam. Prezidentlik kimi bir fikrim yoxdu. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. “Beşiktaş”ın yaxşı prezidenti var. Klubuma uğurlar arzulayıram”.