12 aprel 2013 15:53
Sumqayıt ZAL-la oyuna itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da səhər məşqinə çıxan komandanın heyətində zədəli futbolçular yer alır.
Belə ki, Pərdis Fərcad-Azad və Can Akgün fərdi məşqlərlə kifayətlənir. Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş Orxan Əliyev artıq qayıdıb.
Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu aprelin 14-də saat 17:00-da Bayıl Arenada keçiriləcək.
