12 aprel 2013 16:57

“Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram”

“Komandada hazırda gözəl atmosfer, yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçularımız çox istəklidirlər. “Simurq”la matçda istədiyimiz nəticəyə yaxın olsaq da, son dəqiqə qolu bizi çətin vəziyyətdə qoydu. Artıq “Bakı” ilə matça köklənmişik”. Azerisport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın XXVI turu – “Qəbələ” - “Bakı” matçı öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Luis Araqon söyləyib. Komandadakı hazırkı durumu dəyərləndirən ispan mütəxəssis müsbət nəticələrlə bütün problemləri arxada qoyacaqlarına inandığını deyib:
 
“Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da, alınan son nəticələr kollektivi müəyyən mənada ruhdan salmışdı, futbolçuların özünəinamına mənfi təsir göstərmişdi. Çalışırıq ki, məşqlər və qarşıdakı oyunlarda qazanacağımız uğurlu nəticələrlə komandanın özünəinamını bərpa edək. Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram”. 
 
Araqon rəqib – “Bakı” haqqında fikirlərini də klub saytı ilə bölüşüb, heyətdəki problemlərdən danışıb:
 
“Bakı”nın bir çox oyununu izləmişəm və analiz etmişəm. Komandanın heyətində səviyyəli legionerlər və yerli futbolçular var.  Rəqibimiz topla çox oynamağa səy göstərən, ona nəzarət etməyə çalışan komandadır. Çətin oyun olacaq. Amma komandama inanıram. Bütün psixoloji problemləri arxada qoyub uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətimizdə çatışmazlıqlar da var. Omar Kalabane sarı vərəqə limitinə, Ceyhun Sultanov və Vurğun Hüseynov zədəyə görə kollektivə kömək edə bilməyəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.