12 aprel 2013 17:34

Emil Əliyev: Neftçi Azərbaycan futbolunun brendidi və bu turnirə də gözəllik qatacaq

Rusiyanın Mini-Futbol Federasiyasının azərbaycanlı prezidenti Emil Əliyev Konstantin Yeryomenko adına keçiriləcək futzal üzrə Birinci Avrasiya Kubokunun keçirilməsinə dair toplantıdan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Görüş necə keçdi?
- Çox qənaətbəxş alındı. Bütün məsələlərdə razılığa gəldik və bu il ilk Avrasiya Kubokunu keçirə biləcəyik. Görüşün aprelin 12-də, Kosmonavtika günündə keçirilməsi də simvolik xarakter daşıyır. Çünki biz də nəsə yenilik etmək üçün toplaşmışdıq. Ümid edirik ki, bu yeni turnirimiz bütün MDB-də populyarlıq qazanacaq.
 
- Niyə yalnız beş ölkə? (Azərbaycan, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan)
- Bu ölkələr daha çox maraqlı olduqlarını göstərdilər. Amma gələcəkdə iştirakçıların, ölkələrin sayı arta da bilər. Artıq Özbəkistan, Belarus, Gürcüstandan da maraq var. Lakin hələlik beş ölkədən səkkiz klubla mübarizəyə başlayırıq. Onlar iki qrupa bölünməklə yarışacaqlar.
 
- Oyunlar harda keçiriləcək?
- Hələlik qərar verilməyib. Buna komandalar qrupara bölünəndən sonra qərar verəcəyik. Buna iyunun sonlarında aydınlıq gələcək. İstənilən komanda turnirə ev sahibliyi arzusunu bildirə bilər. Bu turnirlər noyabr və dekabr aylarında keçiriləcək. Dördlər finalı isə gələn ilin mart ayında baş tutacaq.

- Azərbaycanı bu turnirdə son illərin dəyişməz çempionu, daha tanınmış “Araz”ın təmsil etməməsi sizi məyus etmir ki?
- Biz “Araz”ın bu turnirdə oynamaq istəməməsini yenicə bildik. Amma bunda ciddi heç nə yoxdu. Çünki “Neftçi” də MDB-də səs-küylü addı. “Neftçi” Azərbaycan futbolunun brendidi. Bu komandanın turnirimizdə iştirakı yalnız əlavə gözəllik qatmış olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.