12 aprel 2013 17:46
Öncə Bakı - Xəzər Lənkəran, sonra Neftçi - Qarabağ
Futbol üz Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının başlama vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma çərşənbə günü – aprelin 17-də baş tutacaq.
Əvvəlcə meydana “Bakı” və “Xəzər Lənkəran” çıxacaq. Qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq. Saat 19:30-da isə “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
Qeyd edək ki, yarımfinalın cavab matçları aprelin 24-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal (ilk oyunlar)
17 aprel
“Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00.
“Neftçi” – “Qarabağ”
Bakı. “Baksel Arena”. 19:30.
