12 aprel 2013 18:03
Yığmamız Moldovaya yenə də məğlub oldu
Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yenə Moldovanın U-19 komandası olub.
Yığmamız 0:1 hesabı ilə məğlub olub. Xatırladaq ki, millimiz bu rəqibinə ilk oyunda da 2:3 hesabıyla uduzmuşdu.
