13 aprel 2013 18:15
Sumqayıt AZAL-ı məğlub yola saldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 26-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə bir görüş keçirilib.
“Sumqayıt” doğma meydanda AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
Əvəzedicilərin çempionatı
26-cı tur
13 aprel
Sumqayıt – AZAL – 2:0
Qollar: Emil Cəbrayılov, 38, Anar Babayev, 80.
