13 aprel 2013 18:35
Lider büdrədi, izləyicisi uduzdu
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib. Azerisport.az xəbər verir ki, şənbə günü keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.
“Şəmkir” “Lokomotiv”ə qalib gəlib. “Neftçala” gözlənilmədən evdə “Şahdağ”a uduzub. Lider “Qaradağ Lökbatan” isə MOİK-lə oyunda xal itirib.
Birinci Divizion
21-ci tur
13 aprel
Şəmkir – Lokomotiv – 2:1
Qollar: Ruslan Hüseynov, 24, Rəşad Piriyev, 44 - Arif Vəliyev, 4.
Neftçala – Şahdağ – 1:2
Qollar: Aqşin Həşimov, 85-pen - Yusif Yusifzadə, 55-pen, Zahid Tayıbov, 71.
Qaradağ Lökbatan – MOİK – 0:0
