13 aprel 2013 20:05
Qurban Qurbanov: Çempion olmağı çox istəyirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 26-cı turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda qələbəyə layiq idi. Kaxaber Saxadadzenin komandası çox yaxşı idman formasındadır. Hər iki komanda eyni səhvlərdən qol buraxdı. Həqiqətən ağır oyun oldu. Azarkeşlər maraqlı oyun izlədi. Vacib 3 xal qazandıq. Artıq gələn oyunlara hazırlaşacağıq. Çempionat daha da qızışır. Həm “Neftçi”nin, həm “Qarabağ”ın, həm də “İnter”in çempionluq şansları var. Bu il çempion olmağı çox istəyirik”.
