13 aprel 2013 20:12
“Bu gün bir xal qazanmağımız bizi ümidləndirdi”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 26-cı turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Dünənki məğlubiyyətdən sonra “Kəpəz”in Premyer Liqanı tərk etməsi dəqiqləşdi. Bu gün bir xal qazanmağımız bizi ümidləndirdi. Neçə oyun idi ki, xal qazana bilmirdik. Premyer Liqada qalmaq üçün sona kimi mübarizə aparacağıq. Rəqib komandanı oyuna görə təbrik edirəm”.
