13 aprel 2013 20:24
Con Toşak: Göstərdiyimiz oyuna görə çox məyusam
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 26-cı turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Göstərdiyimiz oyuna görə çox məyusam. Rəqibin bu cür oynayacağını gözləmirdim. “Turan” bu nəticəyə layiq idi. Rahid və Ağabalanın orduda olması bizim üçün böyük itkidi. Bu, oyunun nəticəsinə təsir etdi”.
