13 aprel 2013 20:35
Tərlan Əhmədov: Neftçi” sübut etdi ki...
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 26-cı turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun çətin olacağını bilirdik. “Qarabağ”la oyundan sonra komandada psixoloji gərginlik hiss olunurdu. “Neftçi” sübut etdi ki, qələbəyə layiqdir. Əsas heyətin üç futbolçusu bu gün meydanda olmasa da, komandada rəqabətin olduğunu gördük”.
