13 aprel 2013 20:40
Georgi Çixradze: İmkanlardan istifadə edə bilmədik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 26-cı turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda qələbə üçün meydana çıxmışdı. Gərgin oyun izlədik. “Neftçi” əlinə düşən tək imkandan yararlandı. Biz isə əldə etdiyimiz imkanları istifadə edə bilmədik. Avropa Liqasında iştirak etmək üçün bu oyunda üç xal qazanmağımız vacib idi”.
