13 aprel 2013 21:00

Medalın bir addımlığından!

Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi başa çatır. Azerisport.az xəbər verir ki, bir həftə ərzində milli komandamızın üzvləri müxtəlif çəkilərdə güclərini sınamaq şansları əldə etdilər. Bu gün isə son idmançımız – Dadaş Dadaşbəyli medallar uğrunda mübarizəyə qoşuldu. Gənc atletimiz sona qədər təslim olmayaraq əla yarış nümayiş etdirdi. Təəssüf ki, idmançımıza medala üçün azacıq bəxt çatmadı.
 
Birdən qaldırma hərəkətində Dadaşbəyli əvvəlcə 142 kq, daha sonra isə 146 kq-ı ram etdi. 150 kq-a güc gələ bilməyən Dadaş, bu hərəkətdə 4-cü oldu.
 
Təkanla qaldırma hərəkəti də təxminən eyni məcrada keçdi. Ilk sifariş verdiyi 172 kq-ı iki yanaşmada qaldırdı. Üçüncü yanaşmada 177 kq-ı ram edən idmançımız, bürünc medal uğrunda əsas rəqibi – iranlı Əmir Hüseyn Fəzlinin səhvə yol verməsinə ümid etməliydi. 178 kq sifariş verən Fəzli onun öhdəsindən gələrək özü 3-cü oldu, Dadaşbəylini də 4-cü pilləyə çəkdi.
 
Toplamda 323 kq (146 kq + 177 kq) nəticə göstərən Dadaşbəyli, yekun sıralamada 4-cü yeri tutdu.
 
Dadaş ötən il Slovakiyada keçirilən dünya çempionatında 85 kq-da çıxış etmiş, 260 kq-la “B” qrupunda 5-ci olmuşdu. Bunu nəzərə alsaq, gənc atletimizin hazırkı çıxışını böyük uğur kimi qiymətləndirmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.