13 aprel 2013 11:34
Millimizin üzvü 18-liyə düşmədi
Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” “Genclerbirliği”ni qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Baş məşqçi Rza Çalımbay millimizin üzvünü “18-liy”ə salmayıb.
Qeyd edək ki, “Sivasspor” 29 oyundan sonra 36 xalla 11-ci pillədə qərarlaşıb.
