13 aprel 2013 19:10
Vüqar Əsgərov oynadı, komandası qazandı (YENİLƏNİB)
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u bu gün “Ventspils”lə derbi matçına çıxıb.
Geridə qalan oyunlardan birini qalib, digəri məğlub başa vuran komandası bu görüşdə də iddialıydı. Gözlənildiyi kimi, həmyerlimizin klubu prinsipial görüşü qalib başa vurmağı bacarıb.
Bu görüşdə Əsgərovun da forma geyməsi istina deyildi. Baş məşqçi əvvəlki oyunlarda olduğu kimi, millimizin üzvünə yenə start heyətdə şans verib. Lakin Əsgərov 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Metallurg” hazırda 6 xalla ikinci yerdə gedir.
Latviya çempionatı
3-cü tur
13 aprel
Metallurg – Ventspils - 3:1
