14 aprel 2013 22:20
İngiltərə Kuboku: MC Çelsini finala buraxmadı (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Millwall” “Wigan”la qarşılaşıb. “Wigan” iki cavabsız qolla qalib gələrək ilk finalçı olub.
İkinci oyun günündə isə “Chelsea” “Manchester City” ilə üz-üzə gəlib. Mançesterlilər bu görüşü qalib başa vurublar və həlledici oyuna vəsiqə qazanıblar.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
13 aprel
Millwall – Wigan – 0:2
14 aprel
Chelsea - Manchester City - 1:2
