14 aprel 2013 00:47
Rəvanın sabiq baş məşqçisi Super Liqa klubunda!
Futbol üzrə Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Orduspor” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Aprelin 12-də “Trabzonspor”a məğlubiyyətdən sonra “Orduspor” rəhbərliyi tanınmış argentinalı mütəxəssislə yolların ayrılmasına qərar verib.
Qeyd edək ki, Hektor Kuper hələ bu ayın ilk günlərində komandadan getdiyini bəyan etmişdi. Amma o vaxt rəhbərlik bu istefanı qəbul etməmişdi.
Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, klub rəhbərliyi Cevat Gülərlə anlaşıb. Qeyd edək ki, Cevat Gülər ötən il “Rəvan”ın sükanı arxasında da çalışıb.
