14 aprel 2013 17:55
Arif İsayev yenə qol vurdu, Rail ehtiyatda qaldı, Denizlispor uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 30-cu turu çərçivəsində “Karşıyaka” ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilib. Bu üzdən də həmyerlilərimizin komandası mütləq qalib gəlməyi hədəfləmişdi. Amma onların bu istəyi yenə də baş tutmayıb. Komanda ev oyununda uduzub.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Lakin baş məşqçi bu dəfə onları ilk dəqiqələrdən ehtiyatda saxlayıb. Selahattin Dervent yalnız komandası iki qol buraxdıqdan sonra, 41-ci dəqiqədə Arifi meydana buraxıb. 47-ci dəqiqədə isə futbolçumuz "Denizlispor"dakı növbəti qoluna imza atıb. Xatırladaq ki, İsayev ötən tur da qol vurmuşdu. Məlikov isə sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, Ariflə Railin komandası 30 oyuna 33 xalla 14-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
30-cu tur
14 aprel
Denizlispor - Karşıyaka - 1:2
