14 aprel 2013 01:28
Ruslan Abışov oynadı, Rubin məğlub oldu (FOTOLAR)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunun əvəzedici heyətində növbəti oyuna çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz əvəzedicilər arasında keçirilən 24-cü turun “Rostov”la görüşünün iştirakçısı olub.
Qarşılaşma 2:0 hesabıyla “Rostov”un xeyrinə başa çatıb. Abışov matça start heyətdə çıxıb. Lakin o, “Kuban”la qarşılaşmada olduğu kimi, bu görüşdə də fasilədə əvəzlənib.
