13 aprel 2013 14:46

Asif Məmmədov: Dördüncü belə qolumu Qarabağa vurmaq istəyirəm

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Bu gün sizi “Qarabağ”la çox vacib oyun gözləyir. Sizcə, Ağdam klubu komandanız üçün niyə uğursuz rəqib sayılır?
- “Qarabağ” istənilən rəqibi dayandıra biləcək yaxşı komandadı. Son zamanlar biz onlarla oyunlarda yaxşı nəticələr qazana bilmirik. Amma biz bu oyunda uğursuz gedişata son qoymaq və qələbə qazanmaq istəyirik. Bizi ancaq üç xal qane edir. Yalnız belə olan liderlər qrupunda qala bilərik. Əlbəttə, heç-heçə də indiki halda sərfəli nəticə sayılmalıdı. Amma hər şey oyunun gedişindən asılıdı.

- İki ildən çoxdu bu komandanı məğlub edə bilmirsiz...
- Problemin nədə olduğunu bilmirəm. Mümkündü ki, bəxtimiz də gətirmir. Hətta hesabı biz açdığımız oyunlarda da məğlubiyyətdən qaça bilirlər. Amma heç nə əbədi deyil. “İnter” bu mövsüm sabit oyun sərgiləyir. Qalan oyunlarımızın hamısında qalib gəlmək istəyirik. “Qarabağ”ın “Neftçi”ni hər üç oyunda məğlub etməsi də heç nədən xəbər vermir.
 
- “Qarabağ”ın “İnter” üçün necə möhkəm qoz olduğunu prezidentiniz Georgi Nikolov da etiraf edib...
- Bizim üçün indi əsas səhv buraxmamaqdı. Çünki belə oyunlarda istənilən səhv komandaya çox baha başa gəlir. “İnter”in potensialı “Qarabağ”ı məğlub etməyə imkan verir. Amma oyunda nələr olacaq, bunu indidən demək çətindi.
 
- Rəqib düşərgədə hansı futbolçunu xüsusi qeyd edə bilərsiz?
- Son oyunlarda Riçard Almeyda çox yaxşı təsir bağışlayır. O, komandasının vacib oyunlarında qollar vurmağı bacarır. Müdafiə xətti də çox yaxşıdı. Məncə, komanda oyunu sərgiləyən kollektivdə kimisə ayırmaq düz deyil.
 
- Bu mövsüm üç gözəl qol vurmusuz. Hətta onlara xüsusi rolik də həsr olunub. Bunun üzərində xüsusi çalışırsız?
- Mənim üçün qolların gözəlliyi yox, verdiyi fayda önəmlidi. Belə zərbələr üzərində xüsusi çalışmıram. Yəqin ki, mənə bəxt də yardımçı olur. Dördüncü belə qolumu “Qarabağ”a vurmaq istəyirəm.
 
- “Simurq” – “Neftçi” matçında hansı nəticə qeydə alınmasını istərdiniz?
- Rəqiblərimizin oyunu haqda düşünmürük. Əgər biz “Neftçi”nin Zaqatalada necə oynadığı haqda düşünsək, özümüz məğlub ola bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.