13 aprel 2013 17:25
Araqon təbrik etdi, Bandoviç şikayətləndi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 26-cı turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk hissəyə yaxşı başladıq. 4-5 qol imkanından yararlana bilmədik. Qapımızdan qol buraxdıqdan sonra komanda oyun intizamını itirdi. Lakin sonadək mübarizə apardıq, bərabərlik topunu vurduq, 1 xal qazandıq. Qələbə topunu vurmağa da layiq idik”.
“Qəbələ” klubunun məşqçisi Luis Araqon isə yalnız bunu söyləyib: “Əzmkar oyuna görə komandamı təbrik edirəm”.
