14 aprel 2013 21:20
“Son vuruşlarda qeyri-dəqiq oynadıq”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 26-cı turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəvan”la oyundan sonra komandanı ruhlandırmağa çalışdım. İlk 25 dəqiqədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə isə oyun sxemini dəyişdik. Topa daha çox nəzarət etməyə çalışdıq, daha çox risk etməyə başladıq. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm”.
