14 aprel 2013 12:07
“Uğur qazanmaq üçün İnterlə Neftçi üzərindəki qələbələrin davamını gətirməliyik”
“Qarabağ”ın yarımmüdafiəçisi Kristian Torresin azerisport.az saytına müsahibəsi
- “İnter” üzərində qazandığınız qələbə haqda nə deyə bilərsiz?
- Yaxşı oyun alındı. Bu qədər qol vurulan oyunda qələbə qazanmaq çox xoşdu. Belə görüşlər çox xatırlanır. Fikrimcə, biz baş məşqçimizin bütün tapşırıqlarını həyata keçirdik.

- İkinci hissənin əvvəlində komandanızın 2:0-lıq üstünlüyü əldən verməsinə səbəb nə oldu?
- Bu, oyunda bizim üçün ən xoşagəlməz an idi. Məncə, biz sadəcə bir anlığa konsentrasiyanı itirdik. Digər tərəfdən rəqibin ciddiliyini də qeyd etmək lazımdı. Lakin gördüyünüz kimi, bu, bizim oyunumuzu korlamadı. Biz özümüzdə güc tapıb, qələbə qolunu vurmağı bacardıq.

- Hesab 2:2 olarkən baş məşqçiniz sizi əvəzlədi. Oyununuzu bəyənməmişdi?
- O, sadəcə oyunumuza yeni güc qatmaq istəyirdi.

- Bu qələbə sizi “İnter”i turnir cədvəlində qabaqlamağa şərait yaratdı...
- Biz uzun müddət idi üçüncü yerdə gedirdik. Mövsümün sonu yaxınlaşır. Ona görə də uğur qazanmaq üçün müsbət nəticələr qazanmağa davam etməliyik.
- Ötən tur “Qarabağ” “Neftçi”ni məğlub etdi, bu dəfə “İnter”i. Bu, nədənsə xəbər verir?
- Bu, ondan xəbər verir ki, biz altı xal topladıq (gülür). Bəli, biz əsas rəqiblərimizi məğlub etdik. Amma əgər digər oyunlarda qələbə qazana bilməsək, bu qələbələrin heç bir önəmi qalmayacaq.

- Bəs qələbələrin davamı gəlsə?
- Belə olan halda bizim çempionluq şanslarımız daha da artmış olacaq.

- Son oyunlarda siz də əsas heyətdə görünməyə başlamısız...
- Qış toplanışı zamanı mən zədələnərək sıradan çıxdım. İndi isə əvvəlki formamı bərpa edirəm və çalışıram ki, komandama kömək edim.